12.09.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialında 12.09.2022-ci il tarixində yazıçı,ədəbiyyat tarixçisi,folklorşünas, diplomat Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyinə həsr olunmuş ” İstedadlı nasir”adlı ədəbiyyat saatı keçirildi.
Filialın müdiri Firuzə Yunusova yazıçının həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Y.V.Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində, daha sonra Şuşa realni məktəbinin hazırlıq sinfində almışdır.Yaradıcılığa kiçik həcmli əsərlərlə- məqalə, felyeton və s. ilə gəlmişdir.İlk hekayəsi “ Şahqulunun xeyir işi” adlanır.Ona şöhrət gətirən hekayə “ Cənnətin qəbzi” olur.Kiçik hekayələr ustası olsa da, Çəmənzəminli ədəbiyyat tariximizdə romanlar müəllifi kimi tanınır.“Studentlər”,” Qızlar bulağı”, “ İki od arasında” əsərləri ilə ədəbiyyatımızda xüsusi yer tutmuşdur.
Tədbirdə filialın oxucuları iştirak etdilər.